27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident özünə yeni köməkçilər təyin etdi - 6 SƏRƏNCAM

29.11.2019

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahmar Mövsümovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:
Şahmar Arif oğlu Mövsümov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İsrafil Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
İsrafil Aydın oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsindən azad edilsin.
Prezidentin digər sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Anar Ələkbərovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse prezidentinin köməkçisi vəzifəsindən azad edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Natiq Əmirovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zeynal Nağdəliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilsin.