27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni ombudsmanı təbrik etmişəm - Elmira Süleymanova

29.11.2019

Mən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsinə seçilən Səbinə xanımı artıq təbrik etmişəm.
Bunu Report-a açıqlamasında Elmira Süleymanova deyib.
E.Süleymanova həmçinin bildirib ki, səhhətində heç bir problem yoxdur: "Hər şey yaxşıdır, sağlamlığım da çox yaxşıdır".
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib.
Xatırladaq ki, bu vaxta qədər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edirdi. E.Süleymanova 2002-ci ildən 2019-cu ilədək Ombudsman olub. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.