Şahmatçımız beynəlxalq turnirdə   lider oldu 
    
                          
     
                         29.11.2019
 
    
                        					Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı liderliyə yüksəlib.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, 5 turda maksimum xal toplayan təmsilçimiz Abdulla Qədimbəyli turnir cədvəlində birinci pillədə qərarlaşıb. Digər təmsilçimiz Nail Bəşirli isə 4,5 xalla ikinci pillədədir.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.