05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu aparatdan keçmək zərərlidirmi?

29.11.2019

Bir nəfər "Body Scan” aparatından il ərzində 1000 dəfə keçə bilər və bu onun səhhətinə heç bir təsir etmir.
Xəbər verildiyi kimi, bunu Astara gömrük postunun rəisi Habil Mehdiyev həmin avadanlıqların insan səhhətinə mənfi təsir etməsi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirərkən deyib.
Astara Gömrük Postunun Böyük inspektoru Kənan Heydərli isə anbarlarda saxlanan məhsullarla bağlı məlumat verib:
"Müvəqqəti saxlanc anbarlarında malların qalması üçün 120 gün yaxud 4 ay vaxt verilir. Tez xarab olan qida məhsulları xüsusi soyuducularda olmaqla 72 saat yaxud 3 gün müddətinə saxlanılır.
Əgər 120 gün ərzində malın sahibi onu götürmürsə, bu dövlətin xeyrinə məhsuldan imtina deməkdir və biz xüsusi aktla həmin malları Azterminal kompleksinə təhvil veririk. Orada isə həmin mallar 3 ilə qədər saxlana bilər.
Saxlanc anbarlarında saxlanan malların qiyməti çəkiyə görə dəyişir. Belə ki, hər 100 kiloqram 0,20qəpik + ƏDV ödənilir. 100 kq çəkidən artıq mallar isə 0,50 qəpik+ ƏDV ilə hesablanır”.