Azərbaycan parlamenti yeni   Ombudsman seçdi 
    
                          
     
                         29.11.2019
 
    
                        Bu gün Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələyə baxılıb.
Xəbər verildiyi kimi, ombudsmanlığa üç nəfərin namizədliyi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ deputatların səsverməsinə çıxarılıb.
Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva Ombudsman seçilib.
Qeyd edək ki, ombudsmanlığa namizədlərdən biri Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva, digəri isə Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva idi.