05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Bu şəbəkə genişləndiriləcək

29.11.2019

"Əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisələri həmin şəxslərin yalnız tibbi deyil, sosial və peşə reabilitasiyasına da öz dəstəyini göstərməlidir. Hazırlanmaqda olan yeni "Reabilitasiya Konsepsiyası” layihəsində də bu amil xüsusi diqqətdə saxlanılır”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kollegiya iclasında bildirib.
S. Babayev bildirib ki, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin keyfiyyətinin müasir əsaslar üzərində yüksəldilməsi təmin olunur. Xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST  layihəsi bu vacib məqsədə nail olunmasına imkan verib. Bakıda və növbəti ildən etibarən regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək.