20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğludan Makrona: Başından böyük sözlərlə...

28.11.2019

Makronun dediyi sözlərin, zənnimcə heç bir qarşılığı yoxdur.
Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun "PKK/YPG-yə qarşı "Sülh çeşməsi” əməliyyatı keçirən Türkiyə NATO müttəfiqlərinin dəstəyini gözləməməlidir” fikrini şərh edərkən deyib.
O bildirib ki, Fransa terror qruplarına himayəlik edir:
"Biz burada terrorizmə qarşı mübarizə aparırıq. O, (Makron) terror qruplarının himayədarıdır. Yeliseydə daim qonaq edir. "Mənim müttəfiqim terror qruplaşmasıdır” deyirsə, ona cavabım var: Makron unutmasın! Merkelin də dediyi kimi Türkiyə NATO müttəfiqidir. Müttəfiqlərinin yanında olsun!”.
Türkiyə XİN rəhbəri Makronun NATO ilə bağlı fikirləri ilə də razılaşmadığını əlavə edib:
"Makron bu kimi açıqlamaları ilə Avropanın lideri ola bilməz. Hazırda Avropada bir boşluq var. "Lider mən olum” deyə çabalayır, lakin olduqca süni görünür. Liderlik səmimi davranışlarla, siyasətlə, liderlik xüsusiyətləri ilə baş tutur. Süni və başından böyük sözlərlə, yaxud hərəkətlərlə olmaz”.