08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Etiraz aksiyaları Rusiyanı da bürüdü +VİDEO

05.05.2018

Tomsk şəhərində də aksiyaya 300 nəfərə yaxın etirazçı toplaşıb.
"Dövran Media" "İnterfaks”a istinadən xəbər verir ki, mitinq şəhər hakimiyyəti ilə razılaşdırılmasa da, polis aksiyanın gedişinə müdaxilə etməyib.
Bildirildiyinə görə, Tomskda bu gün qar yağır, havanın temperaturu 0 dərəcədir.
Rusiyanın Novosibirsk şəhərində "O bizə çar deyil” mitinqi başlayıb. Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Ob çayının sahilində keçirilən aksiyaya 300 nəfərə yaxın etirazçı toplanıb.
Bildirildiyinə görə, yağan yağış aksiyada daha çox adamın iştirakının qarşısını alıb, lakin yerli sakinlər III Aleksandrın heykəlinin qarşısına toplaşmaqda davam edirlər.
Mitinq şəhər hakimiyyəti ilə razılaşdırılmayıb. Meriya aksiya iştirakçılarına saat 15:00-da yürüş keçirməyə icazə versə də, müxalifət nümayəndələri bununla razılaşmayıblar.
Meydanda polis əməkdaşlarının növbə çəkdiyi, iki polis avtobusunun dayandığı qeyd olunur.
Xatırladaq ki. aksiya müxalifətçi Aleksey Navalnı tərəfindən təşkil edilib və Rusiyanın bir çox şəhərlərində keçiriləcək..