27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya türkün düşməninə elə vədlər verdi ki... - Ankara şokda

28.11.2019

Rusiya PKK/YPG terror təşkilatı ilə əlaqələrini gücləndirib.
Xəbər verildiyi kimi, rəsmi Moskva ilk dəfə PKK nümayəndələri ilə görüşüb.
Bölgədəki yerli mənbələrin məlumatına görə, bir general və diplomatik səlahiyyətli iki Xarici İşlər Nazirliyi nümayəndəsindən ibarət heyət Eyn əl-Ərəbdə PKK-nın liderləri ilə bir araya gəlib. Bir müddət əvvəl Eyn İsa şəhərində ABŞ-ın boşaltdığı bazaya yerləşən Rusiyanın Türkiyə sərhədində atdığı bu addım diqqətçəkici hesab olunur. Verilən bilgiyə görə, ruslar terror təşkilatına bölgənin türk hücumlarından kənarda saxlanması üçün əllərindən gələni etməyi vəd veriblər.
Həmçinin, ruslar PKK-ya Eyn əl-Ərəbdə infrastruktur və ictimai xidmətlərin yaxşılaşdırılması üçün dəstək olacağını bildirib. Buraya səhiyyə, təhsil və təhlükəsizlik məsələləri daxildir.
Terror təşkilatının bir zamanlar "Kobani” olaraq yenidən adlandırmağa çalışdığı Eyn əl-Ərəb bölgəsi Türkiyənin "Fərat qalxanı” və "Sülh çeşməsi” anti-terror əməliyyatları ilə işğaldan azad olunan şəhərləri tam ortadan ikiyə bölür. "Sülh çeşməsi”nin ABŞ və Rusiya ilə əldə olunan razılaşmalar əsasında dayandırılmasından sonra rejim qüvvələri və Rusiya bu şəhərə daxil olmuşdu. Türkiyə sərhədindəki bölgədə Rusiyaya aid bir hərbi baza, Əsəd qüvvələrinin bir mərkəzi və PKK-nın qərargah binaları yerləşir.
/publika/