20 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NASA: Misir piramidası boyda asteroid Yer kürəsi ilə toqquşacaq - FOTO

28.11.2019

NASA alimləri təcili xəbərdarlıq edib: Misir piramidası boyda asteroid planetimizə tərəf uçur. Ekspertlər onu dinozavrlar dövründən bəri ən təhlükəli obyekt adlandırır.
Xəbər verildiyi kimi, alimlərin hesablamalarına əsasən, şərti olaraq JF1 adlandırılan asteroid 6 may 2022-ci ildə Yer kürəsilə toqquşacaq.
Məlumata əsasən, asteroidin ölçüsü 128 metr təşkil edir.
Toqquşma baş versə, onun gücü trotil ekvivalentində 230 kilotona bərabər olacaqdır. Müqayisə üçün qeyd edək ki, Xirosimaya atılan atom bombası nəticəsində azad olunan enerjinin gücü trotil ekvivalentində 15 kiloton olub.
Belə asteroid milyonlarla əhalisi olan bir şəhəri məhv etməyə qadirdir. Lakin okeana düşərsə, zərbə dəhşətli sunamiyə səbəb ola bilər./big.az/