27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkəmizdə 650 min ağac əkiləcək - 5 dekabrda

28.11.2019

"Nəsimi ili” ilə əlaqədar Azərbaycanda 650 min ağacın əkilməsi kampaniyası 5 dekabr 2019-cu il tarixində gerçəkləşəcək.
Xəbər verildiyi kimi, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start veriləcək.
"Təbiətə öz töhfəni ver” devizi altında keçiriləcək kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşacaq, bir gündə 650 min ağac əkiləcək”, - İbrahimova deyib.