27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Psixoloqlardan xəbərdarlıq: Uşaqlara belə sözlər deməyin!

28.11.2019

Psixoloqlar uşaqlara bəzi sözləri deməməyi məsləhət görür.
Xəbər verildiyi kimi, mütəxəssislərin fikrincə, valideynlərin yorğun və hirsli olarkən övladlarına dediyi ifadələr sonradan onlarda kəskin iz buraxa bilər.
Bu isə nəsildən-nəslə ötürülməklə fərdin inkişafına mane olur.
Psixoloqların valideynlərə tövsiyə etmədiyi kəlmələr:
"Bacın, qardaşın özünü səndən yaxşı aparır".
Psixoloqlar məsləhət görür ki, bu sözləri "Bu gün beləsən, dünən isə fərqli idin. Nəsə baş verib?"lə əvəz edin.
"Tezliklə məni dəli edəcəksən və ya səndən yoruldum, anana əziyyət vermə".
Uşaq daim valideynlərinin diqqətini çəkməyə çalışdığından, sizin işlətdiyiniz ifadələri anlamaya bilər.
"Oyuncaqlar otağa səpələnəndə hirslənməyə başlayıram".
"Səndən heç nə olmayacaq".
Psixoloqların fikrincə, bu sözü özünüzün yaxşı valideyn olmayacağınızdan qorxduğunuz üçün işlədirsiniz. Bu isə uşaqda özünüqiymətləndirməni aşağı sala bilər./publika/