09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Paşinyanla görüşəsi olacaq

05.05.2018

Kremldə Ermənistandakı etiraz hərəktının lideri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşünə hazırlıq görülür.
"Dövran Media" xəbər verir ki, bu barədə "Exo moskva” radiostansiyasının redaktoru Aleksey Venediktov özünün Telegram-bloqunda yazıb.
Gözlənilir ki, Putinlə Paşinyanın görüşü mayın 14-də Soçidə baş tutacaq, əlbətdə, Nikol Paşinyan mayın 8-də Ermənistan parlamentində baş nazir postuna seçilərsə. Xatırladaq ki, Ermənistan parlamentdə çoxluğa malik olan Respublika partiyası Paşinyanın namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib. Bundan sonra Paşinyan tərəfdarlarını küçələrdən çəkilib onun yeni mesajlarını gözləməyə çağırıb.
Ötən gün mayın 4-də isə Nikol Paşinyanın Rusiyanın İrəvandakı səfiri İvan Volınkinlə görüşü olub. Bildirilir ki, bu görüşdə səfir Paşinyandan Gümrüdəki Rusiya hərbi bazasına dair qarantiya istəyib. Paşinyan onu əmin edib ki, Rusiya hərbi bazasına dair müqavilədə heç bir dəyişiklik etməyəcək. Bundan sonra Volınkin Paşinyana Rusiyanın Ermənistandakı proseslərə qarışmayacağı vədini verib.
Lakin səfirlə görüşdən sonra Paşinyan "əks-inqilabçı qüvvələrin yenidən fəallaşdığı” barədə məlumatlar aldığını bildirib və tərəfdarlarını yenidən küçələrə çıxmağa hazır olmağa çağırıb.