29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni plan: Universitetlər bu əraziyə köçürüləcək

27.11.2019

Mərdəkanın altmərkəz kimi nəzərdə tutulması tamamilə zəruridir. Sadəcə, oranın gələcəkdə yaşayış tikintisi üçün zona kimi müəyyən edilməsi bir qədər təhlükə yaradır. Hamımız bilirik ki, Mərdəkan istirahət zonasıdır.
Bu sözləri Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib.
O qeyd edib ki, Mərdəkan istirahət zonası kimi qalmalıdır:
"Mərdəkanın turizmin inkişafı, yaşıllıq, istirahət yeri kimi çox böyük potensialı var. Ona görə bu məsələyə bir daha baxılmasını xahiş edirik. Səsləndirdiyim fikirlər təkcə mənim yox, həm də universitetimizin bir sıra mütəxəssislərinin fikridir".
G.Məmmədova əlavə edib ki, Baş Planda ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur: "Şəhərin mərkəzindəki ali təhsil müəssisələrinin transport problemlərinin həlli nəzərə alınaraq bir az kənara köçürülməsi və orada daha yaxşı, böyük şəraitin yaradılması məqsədəuyğundur. Amma bu zaman oradan metro xəttinin keçməsi də çox vacibdir".