Merkel:  Avropa Birliyi NATO-suz özünü müdafiə edə bilməz 
    
                          
     
                         27.11.2019
 
    
                        Avropa Birliyi NATO olmadan müstəqil şəkildə özünü müdafiə edəcək vəziyyətdə deyil.
"Spiegel” xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel parlamentdə çıxışı zamanı deyib.
"NATO-nun saxlanması bizim üçün vacibdir. AB alyansın saxlanması, həmçinin, Türkiyənin alyansın tərkibində saxlanması üçün səy göstərməlidir”, - Merkel qeyd edib.