25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Mourinyodan topdaşıyan uşağa TƏŞƏKKÜR - FOTO

27.11.2019

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo dünən Çempionlar Liqasının "Olimpiakos"a qarşı keçirilən oyununda (4:2) bolboya (topdaşıyan uşaq) təşəkkür edib.
Bolboy autu başlamaq üçün topu dərhal Serju Oryeyə atıb. Bundan sonra "Tottenhem"in hücumu qolla nəticələnib.
"Mən ağıllı bolboyları çox istəyirəm. Özüm də elə olmuşam. Bu uşaq əla idi. O, oyunu oxudu, hər şeyi başa düşdü və vacib qol ötürməsi etdi. Bu, onun üçün vacib andır. Bunu heç vaxt unuda bilməyəcək" - deyə matçdan sonra keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssis bildirib.
Xatırladaq ki, "Tottenhem" 0:2 hesabı ilə geri olduğu oyundan 4 qol vuraraq vacib qələbə qazanıb (4:2).