29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Komitə sədri: Yasda israfçılığın qarşısını 2 yolla almaq olar

27.11.2019

Yas mərasimlərinin tənzimlənməsi ilə bağlı müzakirələr indi də gedir. Biz bunun iki formasını müəyyənləşdirmişik. Bunlardan biri qanun qəbul etməklə bunun qarşısının sərt formada alınması, digəri isə təbliğat yoludur. Hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir.
Xəbər verildiyi kimi, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur:
"Vəfat edənin kimliyindən asılı olmayaraq, yəni onun zənginliyinə, kasıblığına fərq qoyulmadan yas mərasimləri keçirilməlidir. Bu məsələdə tanınmış ictimai-siyasi xadimlər, dövlət xadimləri, bir də milli qəhrəmanlar, torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar istisnadır. Digər insanlar hamısı bərabərdir”.
S.Novruzov qeyd edib ki, Nazirlər Kabineti artıq nümunəvi qəbiristanlıqlarla bağlı qərar verib:
"Artıq bununla bağlı yerlər ayrılmaq üzrədir. Hər biri bərabər olacaq. Yenə də qeyd etmək istəyirəm ki, Fəxri Xiyaban və Şəhidlər Xiyabanında dəfn edilən şəxslər istisnadır. Qalan insanlarının hamısının dəfn və yas mərasimləri eyniyyət təşkil etməlidir”.
Komitə sədri artıq respublikanın əksər rayonlarında bu məsələnin öz həllini tapdığını da vurğulayıb:
"Bakı şəhərində də bu istiqamətdə işlər gedir. Bəzi yerlərdə artıq həll olunub. Bəzi yerlərdə isə hələ də israfçılığa yol verilir. Biz istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlar bu məsələdə əziyyət çəkməsinlər”.