29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Konqresinin binası təcili təxliyyə edildi

27.11.2019

Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığından hava məkanının pozulması ehtimalı barədə məlumat daxil olduqdan sonra ABŞ Konqresinin binasındakı hər kəs təxliyyə edilib, həmçinin, prezidentin Vaşinqtondakı iqamətgahının ərazisi nəzarətə götürülüb.
"ABŞ Sahil Mühafizəsinin helikopterləri araşdırma aparmaq üçün hadisə yerinə göndərilib. Helikopterlər müdaxilə tələb edəcək heç bir təhdid aşkarlamayıb. Bu isə hüquq-mühafizə orqanlarını ərazidə mümkün pilotsuz uçuş aparatının axtarışına başlamağa vadar edib”, – komandanlıqdan bildirilib.
İlkin məlumatlara görə, radarların ekranında hava məkanına icazəsiz daxil olan təyyarə peyda olub. Nəticədə, Ağ Ev və Konqres binaları qısa müddətə bağlanıb.