29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İt pişik balalarını xilas etdi - FOTO

27.11.2019

Kanadanın Ontario əyalətində it beş pişik balasını soyuqdan xilas edib.
"CTV News”un verdiyi xəbərə görə, Sereniti adlı it qıvrılaraq, pişik balalarını isidib.
Yoldan keçən bir şəxs bunu görüb və "Heyvanların Xilasetmə Qrupu”na müraciət edib.
Sığınacaq işçilərinin dediyinə görə, pişik balaları beş həftəlik olduqlarından soyuqdan donub ölə bilərdilər.
Sereniti onların həyatını xilas edib.
İndi pişik balaları sığınacaqda nəzarətdədirlər. Lazımi güc toplayandan sonra onlara yeni sahiblər tapmaq mümkün olacaq.
Serenitini isə evində başqa iti və övladı olmayan ailə sahiblənə bilər.