30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Oqtay Gülalıyev palataya köçürülüb

27.11.2019

Hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb.
Bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev məlumat verib.
"Atam bu gün Amerikan Xəstəxanasında palataya köçürülüb. Vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər", - o qeyd edib.
Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, o, xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb.
Hazırda Amerikan Xəstəxanasında müalicəsi davam edir