29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Sosial media intihar fikirlərini geniş yaymamalıdır" - Ekspert

26.11.2019

Sosial media intihar fikirlərini geniş yayır və onu adiləşdirir. Biz bu məsələdən narahat olmalıyıq.
Bunu beynəlxalq ekspert Mişel Mur "İntiharların qarşısının alınması" mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, intihar haqqındakı düşüncələr xüsusilə gənclər üçün təhlükəlidir:
"İntihar öz həyatına son qoymaq əməlidir. Bəzən bu haqda danışmaq çox çətindir. İstənilən intihar halı faciədir. Biz intiharların qarşısının alınması üçün strategiya hazırlaya bilərik. Gənclər arasında intihar yoluxucu fenomendir. Adətən gənclər inkişaf yaşında bəzən çaşqınlıq içərisində olurlar. Onları bu fikirdən yayındırmaq lazımdır. İntiharların qarşısını almaq mümkündür. Düşünürəm ki, Azərbaycanda bu məsələ ətrafında görülən iş, Milli Fəaliyyət Planının hazırlanması intiharın qarşısının alınmasına töhfə verəcək".