09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Xalq artisti Fuad Poladov VƏFAT ETDİ

05.05.2018

Bu barədə onun ailəsindən məlumat verilib. Bildirilib ki, F. Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib. 
Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, "Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. 
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. 
 20 mart 1987-ci ildə "Azərbaycanın xalq artisti" fəxri adını alıb. 
 Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib. "DM"