29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəhərlənmədən daha bir tələbə VƏFAT ETDİ

26.11.2019

AzMİU-nun İnşaat fakültəsinin II kurs tələbəsi Anar İlham oğlu Musayev noyabrın 24-ü 23:30 radələrində baş vermiş qəza nəticəsində dünyasını dəyişib.
Bu barədə Feysbukda Azərbaycan Universitetləri səhifəsi məlumat paylaşıb.
Məlumata görə, qəza Səbail rayonunda baş verib.
Hadisə zamanı "Mersedes” markalı, 10 NL 093 dövlət nömrə nişanlı minik maşını ilə Azneft dairəsindən keçmiş Bayraq meydanı istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun ortasındakı işıq dirəyinə dəyib.
Avtomobil daha sonra əks hərəkət zolağına çıxıb və qarşı yolla Namiq Soltanovun idarə etdiyi VAZ 2109 markalı minik maşınına çırpılıb.
Qəza nəticəsində "Mersedes”in sürücüsü A.Musayev dünyasını dəyişib.
Allah rəhmət eləsin!