Rusiyadan açıqlama:  Türkiyə ilə böyük planlarımız var 
    
                          
     
                         26.11.2019
 
    
                        2020-ci ildə Türkiyə ilə S-400-lərlə bağlı yeni müqavilə imzalanması planlaşdırılır.
Bunu "RİA Novosti”yə müsahibəsində "Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib.
"Biz ümid edirik ki, 2020-ci ilin ilk yarısında müqavilə sənədlərini imzalayacağıq. Qeyd etmək istəyirəm ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq S-400 tədarüküylə məhdudlaşmır. Bizim qarşıda böyük planlarımız var”, – deyə o bildirib.