07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Antalyada rekord turist sayı - Tarixdə İLK

25.11.2019

Türkiyənin Antalya şəhəri tarixdə ilk dəfə 15,6 milyon turist qəbul edib.
Bu məlumatı Türkiyənin "Xəbərlər” portalı yayıb.
Məlumata görə, cari ildə turistlərin 14,6 milyon nəfəri Antalya hava limanına, 300,9 min nəfəri isə Qazipaşa hava limanına gəlib. İstanbul üzərindən tranzitlə gələn turistlərin sayı isə 600 min nəfər təşkil edib.
2019-cu ildə Antalyaya ən çox turist Rusiyadan gəlib. Belə ki, Antalyaya gələn turistlərin 5,4 milyonunu ruslar təşkil edib ki, bu da keçən illə müqayisədə 16% çox olub. Ondan sonrakı yeri Almaniya, Ukrayna, Britaniya vətəndaşları tutub. Bununla bərabər Polşa, Rumıniya, Çexiya, İsveç, Norveç, Fransadan turist axınında da kəskin artım qeydə alınıb.