07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda yaşayış binası ÇÖKDÜ

25.11.2019

Bakının mərkəzində 2 mərtəbəli yaşayış binasında uçqun olub.
Trend-in məlumatına görə, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasında baş verib.
20-yə yaxın ailənin yaşadığı köhnə tikili qəzalı vəziyyətdə olub. Son günlər mütəmadi yağışların yağması binanı daha da təhlükəli vəziyyətə salıb və binanın bir tərəfində uçqun olub. Əraziyə qazın və elektrik enerjisinin verilişi dayandırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumları və Nəsimi rayon İcra hakimiyyətinin əməkdaşları yollanıb. Hazırda əraziyə baxış keçirilir.