07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyanı təhdid etdilər: ÇEVRİLİŞ!

25.11.2019

"Amulsar” yatağı məsələsi çoxdan həll edilib, onun yenidən işlənilməsinin başladılması ilə hakimiyyət problemi həll ediləcək.
Bu bəyanatı Sasna Çrer Partiyası yayıb.
"Amulsar” məsələsi ümummilli səviyyədə həll edilib və artıq qapanıb. Onun yenilənməsi cəhdi ümumerməni miqyasında müqavimətə səbəb olacaq və hakimiyyət böhranına gətirib çıxaracaq”, – bəyanatda bildirilib.
Qeyd edək ki, "Amulsar” Ermənistanın ikinci ən böyük qızıl yatağıdır. Rəsmi İrəvan yatağı Britaniyanın "Lidian” şirkətinə vermək və onun yenidən istismarına başlamaq istəyir. Hökumətin bu addımına qarşı yatağın yaxınlığında yerləşən yaşayış məntəqələrinin əhalisi çıxış edir. Onlar bu yatağın işlənməsinin bölgədə ekoloji fəlakət yaradacağını, bölgənin turizm imkanlarına mənfi təsir göstərəcəyini düşünürlər.