06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün yeni ombudsman seçiləcək

25.11.2019

Bu gün Milli Məclisin plenar iclasında İnsan Hüquqları Komitəsinin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə təyinat müzakirə ediləcək.
Xəbər verildiyi kimi, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən 3 nəfərin namizədliyi irəli sürülüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.
Milli Məclisin İnsan hüquqları komitəsinin 22 noyabrda keçirilən iclasında məsələ müzakirə olunmuş və parlamentin 25 noyabr plenar iclasına tövsiyə edilmişdi.
Qeyd edək ki, hazırkı ombudsman Elmira Süleymanovanın 82 yaşı var və onun səlahiyyət müddəti 2017-ci ildə başa çatıb.