27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2020-ci ilin dövlət büdcəsi təsdiq olundu

25.11.2019

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
 Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır. Növbəti ildə sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat və ya 37 faiz çoxdur.
Plenar iclasda deputatların büdcə ilə bağlı qaldırdığı məsələlər Maliyyə Nazirliyi tərəfindən öyrənilib.
Müzakirələrdən sonra dövlət büdcəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.