27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əfsanəvi boksçu Əlinin rekordunu yenilədilər

24.11.2019

Ümumdünya Boks Şurasının ağır çəki dərəcəsində amerikalı boksçu Diantey Uaylder kubalı rəqibi Luis Ortizi nokautla məğlub edərək, çempion olub.
10-cu dəfə çempionluq ünvanını qoruyan Uaylder bununla əfsanəvi boksçular Mayk Tayson, Lennoks Levis və Co Freyzeri ötüb, Məhəmməd Əlinin isə rekordunu yeniləyib.
Ağır çəkidə boks tarixində ünvanını qoruyub saxlama rekordu 25 matçla amerikalı Co Luisdədir. Onu 20 matçla həmyerlisi Larri Holms və 18 matçla ukraynalı boksçu Vladimir Kliçko müşayiət edir. Karyerası ərzində hələlik məğlubiyyəti olmayan 34 yaşlı Uaylderin isə aktivində 43 matçdan 41-i nokaut olmaqla 42 qələbə və 1 heç-heçə var.