27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda 1000-ə yaxın bank şöbəsi yandırılıb

24.11.2019

İranda benzinin qiymətinin artması ilə bağlı keçirilən etiraz aksiyalarında 900-dən çox bank şöbəsi və 3 mindən çox ATM dağıdılıb.
Bu barədə "Həmşəhri onlayn” saytı məlumat yayıb.
Məlumata görə, İsfahanda 36, Xürrəmabadda 40 bank şöbəsi yandırılıb. Ən çox dağıntıya məruz qalan bank şöbələri paytaxt Tehrandadır. Məşhəd şəhərində isə heç bir bank şöbəsi və ATM dağıntıya məruz qalmayıb.
İran Mərkəzi Bankının məlumatına görə, ölkədə ümumilikdə 21 min 319 bank şöbəsi fəaliyyət göstərir.