25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Şlyapalı qadın" 6,9 milyon dollara satıldı

23.11.2019

Məşhur rəssam və heykəltaraş Pablo Pikassonun "Şlyapalı qadın" tablosu hərracda 6,9 milyon dollara satılıb.
Yağlı boya ilə kətan üzərində çəkilən əsər Kanadada keçirilən hərracda alıcı tapıb. Hərracın əvvəlində rəsm əsərinin qiyməti 6-7,5 milyon dollar elan edilib.
Qeyd edək ki, əfsanəvi rəssamın tabloları dünyada ən bahalı rəsm əsərlərindən hesab olunur. Belə ki, onun "Çılpaq, yaşıl yarpaqlar və büst" tablosu 2010-cu ildə 106 milyon dollara, "Əlcəzair qadınları" adlə əsəri isə ötən il 179,4 milyon dollara satılmışdı.