06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhərləri

23.11.2019

Böyük Britaniyanın "Mister Auto" şirkətinin tərtib etdiyi siyahıya əsasən Yunanıstanın paytaxtı Afina sürücülər üçün dünyanın ən arzuolunmaz şəhərləri siyahısına düşüb.
Dövran Media AZƏRTAC-a istinadən bildirir ki, şirkətin ekspertləri ölkədəki infrastrukturu, təhlükəsizliyi və nəqliyyat vasitələrinin saxlanma xərclərini nəzərə alaraq bu qənaətə gəliblər. Ümumilikdə isə 15 göstərici nəzərə alınıb.
Şirkətin sürücülər üçün ən arzuolunmaz şəhərlər siyahısına Afina, Mumbay, Ulan-Bator, Kəlkətə, Laqos, Kəraçi, Boqota, San-Paulu, Mexiko və Moskva daxil edilib. Ən əlverişli şəhərlər isə Kalqari, Dubay, Ottava, Bern, El-Paso, Vankuver, Göteborq, Düsseldorf və Bazeldir.