06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda maşınların üstünə kərpic atdılar - VİDEO

22.11.2019

Yasamal rayonunda qəribə hadisə baş verib.
Xəbər verildiyi kimi, rayonun Həsən Məcidov küçəsi, 3 ünvanında yerləşən "VİTR- Fitness” fitnes klubun yaxınlığında, "Almaz Park” Yaşayış Kompleksinin qarşısında iki gündə iki avtomobillə ciddi maddi ziyan dəyib.
Hadisə şahidlərinin redaksiyamıza verdiyi məlumata görə, həmin bina sakinlərindən biri avtomobillərin üzərinə kərpic, daş, məişət tullantıları ilə dolu tobalar atır:
"Dünən avtomobili həmin ərazidə saxlamışdıq. Axşam saat 18:00 radələrində avtomobilin üzərinə binadan daş tullayıblar. Avtomobilə maddi ziyan dəyib. Həmin binanın komendantına müraciət etdik.
Onun dediyinə görə, binada yaşayan sakinlərdən biri ilə bağlı tez-tez şikayətlər olur, amma dəqiq heç nə görən, bilən yoxdur. Məsələ ilə bağlı polisə şikayət ərizəsi vermişik. Ümid edirik ki, ciddi şəkildə araşdırılacaq. Çünki həmin yerdən insanlar da keçir. Bu onların həyatı üçün də ciddi təhlükədir”.