Səkkiz nəfəri “Dedovşina”ya görə öldürən əsgər   pulsuz müdafiə olunacaq 
    
                          
     
                         22.11.2019
 
    
                        					Rusiya Federasiyasının Zabaykal əyalətində yerləşən hərbi hissədə səkkiz hərbçi yoldaşını qətlə yetirən əsgər Ramil Şamsutdinovu müsəlman icmasından olan vəkillər müdafiə edəcək.
Bu barədə TASS agentliyinə onun atası məlumat verib.
"Ötən gün Moskvada müsəlman icmalarını təmsil edən vəkillərlə görüşdüm. Onlar heç bir ödəniş edilmədən oğlumun müdafiəsində iştirak etmək istədiklərini bildirdilər”, - məlumatda deyilir.
Göstərilən xidmətlərə rəğmən, Səlim Şamsutdinov vəkillərin səfər və yerləşmə xərclərini ödəməli olacağını deyib.