06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belarus gözəli Lukaşenko ilə "romantik əlaqəni" təkzib etdi

22.11.2019

Bir qədər əvvəl millət vəkili seçilmiş "Miss Belarus - 2018” Mariya Vasilyeviç mətbuatda ölkə başçısı Aleksandr Lukaşenko ilə aralarında "romantik əlaqə” olması barədə yayılan informasiyaları təkzib edib.
Bu barədə Mariya Vasilyeviç "Instagram” hesabında yazıb.
"Yüksək reytinq, kimin üçünsə faydalı ictimai fikir formalaşdırmaq üçün jurnalistlər vəziyyəti onlara verilən tapşırıqlara uyğun şəkildə işıqlandırır. Bundan sonra onları jurnalist adlandıra bilərikmi?
O zaman biz həqiqəti haradan öyrənək? Hətta dünyada məhşur olan nəşrlər belə yalan faktları yayımlayırsa, kimə güvənək?”, - Vasilyeviç bildirib.
Xatırladaq ki, məşhur "The Times” nəşri Belarusun ən gənc millət vəkili, "Miss Belarus - 2018” gözəllik müsabiqəsinin qalibi Mariya Vasilyeviç barədə məqalə hazırlayıb.
Britaniya nəşri məqalədə seçkilərin saxtalaşdırılması ehtimalı ilə yanaşı, "Miss Belarus”la ölkə başçısı Aleksandr Lukaşenko arasında "romantik əlaqə”lərin olduğunu iddia edib.