06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şok! Görüntüilə danışdığınız adama toxuna biləcəksiniz

22.11.2019

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz.
Xəbər verildiyi kimi, ABŞ-ın Nortvestern Universitetinin biomühəndisi Con Rocers və komandası yeni, kabelsiz və batareyasız toxunma hissini virtual mühitə köçürən "ağıllı dəri” təqdim ediblər.
Elm dünyası illərdir virtual dünyaya hisslərimizi əlavə etmək üçün işlərini davam etdirir. Çox sayda "elektronik dəri” cihazı istehsal edilsə də, bu texnologiyalar həmişə kabelli elektrodlara bağlı olurdu. Sözügedən aparatlar sürətli reaksiya vermirdi və o qədər də effektli deyildi. Ancaq Con Rocersin cihazı daha sürətli və real hisslər yaşadır.
Virtual toxunuş yumşaq və elastik bir təchizata qoşulmuş, sürətli proqramlaşdırıla bilən miniatür titrəməli disk sayəsində reallaşır. Bu sistem sayəsində ağıllı dəri, bədənə sensorlar vasitəsilə məlumat girişini təmin edir. Beləcə özümüzü qarşı tərəfə toxunmuş kimi hiss edirik./publika/