06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni başçı iki nəfəri işdən çıxardı

22.11.2019

Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb.
Xəbər verildiyi kimi, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Teyublu Mirteyub Xaqani oğlu vəzifəsindən azad edilib.
Eyni zamanda, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu isə yaş həddinə görə işdən çıxarılıb.
Hələ ki, onların yerinə heç bir təyinat olmayıb.
Faktı Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir Barxudar Barxudarov təsdiqləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub.
Xatırladaq ki, son günlər mətbuat Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc edib.