06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkili: Qadınlarımızın 84 faizi bu hüquqa malik deyillər

22.11.2019

Azərbaycanda analıq məzuniyyətinə çıxmalı olan hər 7 qadından biri bu hüquqdan istifadə edir.
Xəbər verildiyi kimi, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda analıq məzuniyyətinə çıxmalı olan qadınların yalnız 16 faizi bu hüquqdan istifadə edir: "Qadınların qalan 84 faizi bu məzuniyyəti almaq imkanına malik deyillər. Çünki onlar ya işsiz olurlar, yaxud da gizli işsizlik adı iə hansısa sferada çalışırlar. Buna görə də bu məsələni həll etmək mümkün olmur. Amma Rusiyada bu rəqəm 80, Ukraynada 100 faizdir. Bu ölkələrdə analıq məzuniyyətinə çıxmaq ona görə mümkün olur ki, qadınlar fəaldırlar, öz hüquqlarını tələb edirlər".