09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıdan Tiflisə 100 ilin YÜRÜŞÜ

04.05.2018

Cumhuriyyətin 100 illiyini Tiflisdə keçirmək istəyənlər üçün yürüş təşkil ediləcək.
"Dövran Media" xəbər verir ki, yürüşü təşkil edən "Gənclər Klubu” İctimai Birliyi Cümhuriyyətin 100 illiyini onun elan olunduğu Tiflisdə qeyd edəcək. Republika Günü münasibətilə Gürcüstanın paytaxtında bayram yürüşü təşkil ediləcək.
Mayın 27-də səhər Bakıdan Tiflisə nümayəndə heyəti yola düşəcək və 29-da geri dönəcək.
Bu heyətin tərkibinə fəal gənclər, tələbələr, ziyalılar və mətbuat nümayəndələri daxil olacaq. Mayın 28-də Tiflisin mərkəzindən ("Azadlıq” meydanı) Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binaya bayram yürüşü olacaq.
Tədbirdə iştirak edəcək hər kəs yol, qalma və digər xərcləri özü ödəməlidir. Ümumilikdə, gediş, dönüş, 2 gün hosteldə qalmaq, 28 May bayram şam yeməyi və AXC-nin 100 illiyinə həsr olunmuş köynək üçün cəmi 90 manat tələb olunur.
Tədbirdə iştirak etmək istəyənlər üçün müraciətin son tarixi 15 maydır.
Əlavə məlumat üçün: (055) 848 14 34, (051) 909 42 13.