07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ankarada nasist Njde ilə bağlı müzakirə

22.11.2019

Qaregin Njde məsələsi daim gündəmdə saxlanılmalı və bu, müvəqqəti xarakter daşımamalıdır.
Xəbər verildiyi kimi, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Ankarada Avrasiya Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Erməni-nasizm əməkdaşlığı” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Ermənistanda "məxməri inqilab” adlandırılan hakimiyyət dəyişikliyindən sonra ermənilər özlərini liberal, islahatçı kimi qələmə verməyə çalışırlar:
"Ermənistanda əslində irqçilik mühitinin hökm sürməsi faktı ictimaiyyətə çatdırılmalıdır. Ermənistanın daxili mühitini daha yaxşı öyrənmək üçün tədqiqatçılara ehtiyac var”.
Daha sonra çıxış edən Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib ki, ermənilərin tarix boyu qəhrəmanları olmadığı üçün Azərbaycan və Türkiyə əleyhinə terrorlar törətmiş şəxsləri özlərinə qəhrəman elan ediblər. O bildirib ki, bu baxımdan Ermənistan SSRİ-yə qarşı açıq vuruşmuş Qaregin Njdeni qəhrəman elan edib:
"Qaregin Njde "tsexakronizm” ideyasını irəli sürürdü. Bu isə "dinin hakimiyyəti” deməkdir. Bu ideologiyaya əsasən ermənilər ən ali millətdir və "tsexakronizm” ideyası faşizm ideologiyası ilə üst-üstə düşür. Hazırda Ermənistan rəsmi olaraq bu ideologiya ilə idarə olunur”.
Qafar Çaxmaqlı qeyd edib ki, alman kəşfiyyatı üçün çalışan Qaregin Njdeyə xidməti qarşılığında Naxçıvan, Qarabağ və Şərqi Anadolu vəd edilmişdi.