25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir

22.11.2019

İki ölkənin regionlarının işgüzar münasibətlərinin inkişafına həsr olunan forum 2 gün davam edəcək.
Forum Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Forumun açılış mərasiminə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov qatılacaqlar.
Forumun proqramına Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya İşgüzar Şuralarının geniş tərkibli iclasının, eləcə də iki ölkənin regionları arasında nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı dörd dəyirmi masanın keçirilməsi daxildir.
Forumun plenar iclası noyabrın 23-də VDNX-da (Xalq Təsərrüfatları Nailiyyətləri Sərgi Mərkəzi) yerləşən Kosmonavtika və Aviasiya Mərkəzində baş tutacaq.