05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BDU-nun tələbələri zəhərləndi: ÖLƏN VAR

21.11.2019

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə baş verib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
"Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub. Həkimlər Mətbuat küç 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir" - nazirlikdən bildirilib.