06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şimal axını-2-nin qarşısını alınmalıdır - Senator

21.11.2019

ABŞ-ın sanksiyaları Şimal axını-2 kəmərinin istismara verilməsinin qarşısını almaq gücündədir.
Bunu ABŞ-ın Respublikaçılar Partiyasından olan senator Ted Kruz deyib.
O, boru kəmərinin Rusiyaya milyardlarla dollar xeyir, Avropa ölkələrinə isə zərər verəcəyini bildirib:
"O, bütün Avropaya zərər vuraraq regionu Rusiya enerjisindən daha da asılı edəcək. Məncə ən yaxşısı enerjini şantaj vasitəsi kimi istifadə etməyəcək mənbələrdən almaqdır. Əgər Avropa ABŞ-dan qaz alsa, bu, amerikalılar üçün yeni iş yerlərinin yaradılmasına da kömək edəcək”, – deyə o bildirib.
Bu problemin həlli üçün Kruz Ağ Evin CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiqini təklif edib.
Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul edilib. Qanuna əsasən, Rusiya hərbi sənaye komplekslərinə sanksiyalar tətbiq edilib. ABŞ həmçinin bu qanun çərçivəsində Rusiyadan silah alan ölkələrə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.