08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Özbəkistanın bayrağı 15-cidir

21.11.2019

Özbəkistanın Urgənc şəhərində ucaldılan dövlət bayrağı dünyanın ən hündürlükdə dalğalanan bayraqları sırasında 15-cidir.
Bayraq dirəyinin hündürlüyü 66 metrdir. Urgəncdəki bayrağın hündürlüyü Daşkənddə və Sırdəryada dalğalanan bayraqlardan 1 metr geri qalır.
Xatırladaq ki, dünyada ən hündür bayraq dirəyi Ciddədə (Səudiyyə Ərəbistanı) ucaldılıb. Onun hündürlüyü 170 metrdir. İkinci yeri Düşənbədəki (Tacikistan) 165 metrlik dövlət bayrağı dirəyi tutur. Bakıda ucaldılan Azərbaycanın dövlət bayrağı isə 162 metr hündürlükdə olmaqla üçüncü yerdə qərarlaşıb.