07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

SSRİ-nin dağılmasının nəticələri daha pis oldu - Putin

20.11.2019

SSRİ-nin dağılmasının nəticələri ən mənfi gözləntilərdən daha pis oldu.
Bunu Rusiya Prezidenti Vladimir Putin çıxışında deyib.
"SSRİ-də aparılan səmərəsiz iqtisadi siyasətin nəticələri siyasi sahəyə də təsir etdi. Düzdür, dağılmanın nəticələri insanların düşündüklərindən daha pis oldu", - Putin bildirib.
Putin SSRİ ilə Avropa Birliyi arasında paralellər aparıb:
"Əhəmiyyətli fərqlər olsa da, SSRİ ilə Avropa Birliyi arasında müəyyən paralellər aparmaq mümkündür. Avropa Parlamentinin bütün AB ölkələri üçün məcburi qərarlarının sayı sovet respublikalarına münasibətdə SSRİ Ali Sovetinin qəbul etdiyi məcburi qərarların sayından çoxdur. Sovet İttifaqı həm də vahid bir ölkə idi, kifayət qədər mərkəzləşmişdi, Avropa Birliyi isə belə bir qurum deyil".