07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AVRO-2020: Pley-offun püşkatmasının vaxtı açıqlandı

20.11.2019

AVRO-2020-nin pley-off mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib.
Final mərhələsinə son vəsiqələrə iddia edən 16 komandanın iştirakı ilə keçiriləcək püşkatma noyabrın 22-də baş tutacaq.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkatmada öncə Bolqarıstan, Macarıstan, İsrail və Rumıniyanın rəqibləri bəlli olacaq.
Bu 4 komandadan biri C yolunda Şotlandiya ilə üz-üzə gələcək. Digər üç komanda A yolunda mübarizə aparacaq. Onlardan ikisi öz aralarında, biri isə İslandiya ilə görüşəcək.
Püşkatmada dörd yolu üzrə final matçlarının meydan sahibləri də bəlli olacaq. Hansı cütün qalibinin evdə qüvvəsini sınayacağına püşk aydınlıq gətirəcək.
Qeyd edək ki, pley-offun yollar üzrə yarımfinal görüşləri 2020-ci il martın 26-da, həlledici qarşılaşmaları 31-də baş tutacaq.