07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ Ukraynaya 15 milyard avro verib

20.11.2019

Avropa İttifaqı 2014-cü ildən başlayaraq Ukraynaya ümumilikdə 15 milyard avro təqdim edib.
Bu barədə Avropa İttifaqının Ukraynadakı səfiri Matti Maasikas deyib.
"Avropa İttifaqı 2014-cü ildən islahatlara dəstək üçün 15 milyard avro həcmində qrant və istiqraz vəsaitləri səfərbər edib. Bu, misli görünməmiş dəstək paketidir”, - deyə səfir Ukrayna hökumətinin iclasında bildirib. Onun sözlərinə görə, maliyyə dəstəyi nəqliyyat, energetika, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, hava nəqliyyatı sektorları da daxil olmaqla, praktiki olaraq iqtisadın bütün sahələrinə şamil edilib.
Bir qədər əvvəl Ukraynanın Maliyyə naziri Oksana Markarova cari ilin sonlarına qədər Avropa İttifaqından növbəti kredit tranşı almaq imkanlarının olduğunu deyib.