Belarus Rusiyaya meydan oxudu:   Çindən alarıq 
    
                          
     
                         19.11.2019
 
    
                        Rusiyanın 600 milyon dollar kredit verməməsi Belarusun 2020-ci il büdcəsinə zərbə vurmayacaq.
Bunu Belarus Maliyyə nazirinin müavini Yuri Seliverstov deyib.
"Bu, ümumilikdə büdcəyə təsir etmir. Ona görə ki, bizim Çindən cəlb etməyi planlaşdırdığımız vəsaitin həcmi Rusiyadan almaq istədiyimizə ekvivalentdir”, – deyə o bildirib.