03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər yenə də mahnımızı oğurladılar - VİDEO

19.11.2019

Ermənilər növbəti dəfə Azərbaycan mahnısını oğurlayıb.
Oxu.Az-a danışan muğam ifaçısı Eldəniz Məmmədov bildirib ki, ermənilər bu dəfə onun mahnısını öz adlarına çıxarıb:
"Vardan Yeghiazaryan adlı erməni müğənni 2010-cu ildə oxuduğum "Gözünə qurban” mahnımı oğurlayıb. Mahnının sözləri Oqtay Kamilin, sözləri isə Tunar Rəhmanoğlunundur.
İndi də erməni müğənni eyni mənim aranjimanımla mahnını ifa edib. Heç bir dəyişiklik etməyib. Mahnımın oğurlanmasını yeni öyrənmişəm. Dostlarım bu barədə məlumat verdi.
Bu, ikinci mahnımdır ki, ermənilər müraciət edir. Bundan öncə "Qoca dağlar” mahnısını oxumuşdular. O zaman musiqiyə tanınmasın deyə müəyyən əlavələr etmişdilər. Amma bu dəfə musiqidə heç bir dəyişiklik etməyiblər. Sırf mənim kimi oxuyublar”.
Eldəniz Məmmədov qeyd edib ki, azərbaycanlılara məxsus nələrisə oğurlamaq ermənilərin əsas peşəsi olub:
"Onların xasiyyəti budur. Əclaf millətdirlər. Hər zaman musiqimizi oğurlayıblar. Həmin erməni müğənninin səsi biz tərəflərə oxşayır. Bəlkə də, Qarabağ ermənilərindəndir. Kimdirsə, bizim Qarabağ suyundan içib”.